Xəbərlər
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən “Poliqon”un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!”




