Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Yaralı hərbi qulluqçu dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Poliqon.az

CATEGORIES