Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bundan başqa, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – deyə Müdafiə Nazirliyindən bildirilib.