Müdafiə

Azərbaycan Ordusunun şəxsi heyəti Prezident seçkiləri səsverməsində iştirak edir – FOTO

Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində aprelin 11-də səhər saatlarından səsvermə prosesi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, seçkilərin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrin ərazilərində fəaliyyət göstərən məntəqələrdə zəruri tədbirlər görülüb, qanunvericilik və seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib.

Çətin dağlıq ərazilərdə düşmənlə təmas xəttində yerləşən bölmələrdə döyüş növbəsində olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunur.

ff031b93e9944896310f68237ff3436e

eb9f4c60ef133e0adc8d443864d12ddb

df10fc068a9ec8087bc514cf81a7b01d

a6eb5f047afaff875ac6b3d075f3d5e3

3774eb720a4b16bfabd014c0d1d4b668

102bed43242ab9f001f6cbd5720dd4fa

Back to top button