Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığı müzakirə edib

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Özbəkistanın informasiya texnologiyaları və kommunikasiyaların inkişafı naziri Şerzod Şermatovla görüşüb.

“Poliqon” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında rəqəmsal inkişaf, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığın inkişafı müzakirə edilib.

CATEGORIES
TAGS