
Azərbaycan Pakistandan JF-17 döyüş təyyarələri ala bilər
Azərbaycan 10 ildən artıqdır ki, Pakistandan JF-17 “Thunder” döyüş təyyarələrini almaqda maraqlıdır.
“Poliqon”un məlumatına görə, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında bildirib.
Mehman Novruzov qeyd edib ki, Azərbaycan Pakistandan JF-17 “Thunder” təyyarəsinin “Block 3” modifikasiyasını almaq niyyətindədir.
Polkovnik onu da əlavə edib ki, Azərbaycan Pakistanla birgə ölkənin hərbi hava qüvvələrinin aviasiya arsenalını təkmilləşdirmək üzərində çalışır.
“Block 3” modifikasiyalı JF-17 “Thunder” təyyarələrinin əvvəlki variantları ilə müqayisədə kokpit elektronikası və radar sistemləri təkmilləşdirilib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər