Azərbaycan Prezidenti: Biz sülh müqaviləsi imzalamağa hazırıq

Azərbaycan Prezidenti: Biz sülh müqaviləsi imzalamağa hazırıq

İndi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təklifləri irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, biz müharibə üzərində danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik: “Biz təklif etdik ki, sərhədin demarkasiya və delimitasiyasına başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin. Baxmayaraq ki, 30 ilə yaxın işğal, barbar hərəkətlər və dağıntılar olub. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik.

Poliqon.az

CATEGORIES
TAGS