Xəbərlər
Azərbaycan Prezidenti: Füzulidə 100 mindən çox mina basdırılıb

Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.
“Poliqon” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Prezident bildirib ki, Füzulidə düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir: “Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – 100 mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq”.




