Azərbaycan Rusiyadan silah və hərbi texnika alacaq

Azərbaycan Rusiyadan silah və hərbi texnika alacaq

Azərbaycan Rusiyadan yeni növ silah və hərbi texnikanın alınması üçün sifarişlər verib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.

“Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”. – deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti gələcəkdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Poliqon.az

CATEGORIES
TAGS