Azərbaycan startapları TEKNOFEST-də iştirak edib

Azərbaycan startapları TEKNOFEST-də iştirak edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən TEKNOFEST festivalında iştirak edib.

“Poliqon” İRİA-ya istinadən xəbər verir ki, Türkiyənin Ankara şəhərində keçirilən 5 günlük TEKNOFEST Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk”, “Edinify”, “SmartROW”, “Azirrigation” startaplar təmsil edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Mir Kənan Mənsurzadə festivalda iştirak edərək, ölkəmizi təmsil edən startaplar ilə görüşlər keçirib və müsabiqələrdə iştirak edən təmsilçilərimizə dəstək göstərib.

Bundan əlavə beş gün ərzində həyata keçirilən festivalda İRİA-nın nümayəndəsi müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən universitetlərlə müxtəlif görüşlər keçirərək potensial əməkdaşlıqları müzakirə edib.

CATEGORIES