Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan tankçıları hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan hərbi qulluqçuları beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.

Azərbaycan komandasının heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəni layiqincə təmsil etməyi arzulayıb.

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq Azərbaycan tankçıları ilk yarışa avqustun 13-də başlayacaqlar.

Poliqon.az

CATEGORIES
TAGS