Azərbaycan-Türkiyə bigə təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar təltif edilib

Azərbaycan-Türkiyə bigə təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar təltif edilib

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təlfif olunması barədə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

CATEGORIES