Azərbaycan-Türkiyə birgə təlimində “Roketsan”ın TRLG-230 raketindən istifadə olunub – VİDEO

Azərbaycan-Türkiyə birgə təlimində “Roketsan”ın TRLG-230 raketindən istifadə olunub – VİDEO

Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində “Roketsan” şirkətinin istehsalı olan TRLG-230 raketindən istifadə edilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, təlim zamanı TRLG-230 raketi təyin olunan hədəfi dəqiqliklə məhv edib.

Bildirilib ki, TRLG-230 raketi Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) işarələdiyi hədəfləri 70 kilometrə qədər məsafədə dəqiqliklə məhv etmək bacarığına sahibdir.

CATEGORIES
TAGS