Azərbaycan-Türkiyə dəniz xüsusi təyinatlılarının iştirak etdiyi SAT-SAS-2024 təlimi başa çatıb
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən SAT-SAS-2024 birgə təlimi başa çatıb.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
TAGS Manşet