TUSAŞ ABŞ və Böyük Britaniya şirkətləri ilə anlaşma memorandumları imzalayıb
Türkiyənin TUSAŞ şirkəti ABŞ-ın “General Electric” və Böyük Britaniyanın “Martin-Baker” şirkətləri ilə anlaşma memorandumları imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, anlaşma memorandumları İngiltərədə keçirilən “Farnborough Airshow-2024” beynəlxalq aviasiya sərgisi çərçivəsində imzalanıb.