Azərbaycan Ukraynaya mexaniki minatəmizləmə maşını verəcək

Azərbaycan Ukraynaya mexaniki minatəmizləmə maşını verəcək

Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Poliqon” Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqların əsas mövzusu Ukrayna ərazisinin minalardan təmizlənməsi və bu istiqamətdə rəsmi Bakının yardımı məsələsi olub.

Görüş zamanı tərəflər humanitar minatəmizləmə məsələsində təcrübə mübadiləsi üçün gələcəkdə Azərbaycan ərazisində keçiriləcək təlimlərin təşkilini müzakirə ediblər.

Səfir bildirib ki, Azərbaycan minatəmizləmə sahəsində ukraynalı mütəxəssislər üçün təlimlər keçirəcək ölkələrin siyahısına qoşulur.

Görüşün sonunda Azərbaycan tərəfi Ukraynaya mexaniki minatəmizləmə maşınının da daxil olacağı yeni yardım paketini elan edib.

Poliqon.az

CATEGORIES
TAGS