Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib

İyulun 17-də müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-leytenant R.Tahirov Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Qonaqlar, həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.

General-mayor Z.Çxaidze tərəfindən iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES