Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant hər iki ölkə arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrailin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək Azərbaycan və İsrail arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Poliqon.az

CATEGORIES