Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında memorandum imzalanıb

Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında memorandum imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycanın Kosmik Agentliyi – Azərkosmos ilə Pakistanın Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası – SUPARCO arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə “Poliqon”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Memorandum kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur. Buraya kosmik elm, texnologiya və tətbiqlər, kadr potensialının formalaşdırılması üzrə birgə fəaliyyət, həmçinin təcrübə mübadiləsi daxildir.

Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, memorandum Azərbaycan və Pakistan arasında kosmos yönümlü xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən məkan məlumatları sahəsinin inkişafı baxımından əhəmiyyət daşıyır.

SUPARCO-nun sədri Amer Nadem bu memorandumun hər iki ölkənin gələcəyi naminə birgə fəaliyyətə geniş imkanlar yaradacağını vurğulayıb.

thumb

Poliqon.az

CATEGORIES