Müdafiə
Azərbaycan və Polşanın müdafiə nazirləri görüşüb

Varşava şəhərində Azərbaycan və Polşanın müdafiə nazirlərinin görüşü olub.
Bu barədə “AzeriDefence” Polşanın Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Polşanın müdafiə naziri Antoni Maçereviç arasında keçirilən görüşdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları, habelə hərbi-texniki sahədə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Z.Həsənov MSPO-2017 Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edəcək.



