Azərbaycan və Tatarıstanın veteran təşkilatları əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan və Tatarıstanın veteran təşkilatları əlaqələrin genişləndirilməsini müzakirə edib

Bu gün Tatarıstan Baş Nazirinin müavini – Tatarıstanın Rusiyadakı səlahiyyətli nümayəndəsi, general-mayor Axmetşin Ravil Kalimulloviç Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatında olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.

Müharibə, Əmək və Silahlı Qüvvəlrə Veteranları Təşkilatından “Poliqon”a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Tatarıstanın veteran təşkilatları arasında ikitərəfli əlaqələrin genişləndiriməsi perspektivi müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Axmetşin Ravil Kalimulloviç iki ölkə veteranları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Fatma Səttarovanı və Cəlil Xəlilovu ordu generalı “Maxmut Axmetoviç Qareyevin anadan olmasının 100 illiyi xatirə medalı” ilə təltif edib.

Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Axmetşin Ravil Kalimulloviçi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib, gəlişinə görə ona öz təşəkkürünü bildirib.

Görüşdə Bakıda fəaliyyət göstərən  “Rus Evi”nin nümayəndəsi Yelena Tsvilyova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq əlaqələr və Təşkilatı iş şöbəsinin əməkdaşı polkovnik Samir Musayev, Təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak edib.

CATEGORIES