Müdafiə

Azərbaycan və Türkiyə hərbçiləri təlimdə istifadə olunacaq silah və texnika ilə tanış olublar

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.

bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaının istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

2d837051e63f15c7bc1d78fa5ed79f2c c1c48d52ee953716817916cec4ed91b7 55cb6babc76f1527041f1efd3f5230bf

Back to top button