
Azərbaycan və Türkiyə peyk texnologiyaları sahəsində əməkdaşlığını genişləndirir
“Azərkosmos” və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (Tübitak) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” “Azərkosmos”a istinadən xəbər verir ki, bu razılaşma peyk texnologiyaları sahəsində iki qardaş ölkə arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində tərəflər peyklərin hazırlanması, Yerin müşahidəsi və peyk təsvirlərindən istifadə sahələrində bilik və resurs mübadiləsi həyata keçirəcəklər.