
Xəbər verdiyimiz kimi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən EFES-2018 təliminə qatılıblar.
“AzeriDefence”nin Türkiyə bürosunun məlumatına görə, İzmir şəhəri yaxınlığında keçirilən hərbi təlimdə Türkiyə daxil olmaqla 23 ölkədən hərbçilər iştirak edir. Aprelin 27-də pentatlon üzrə yarışmada Azərbaycan xüsusi təyinatlıları birinci olublar. Ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə Pakistan ordu xüsusi təyinatlıları tutub.
Təlimin döyüş atışlı aktiv fazası 7-11 may tarixlərində keçiriləcək. Buna qədər isə iştirakçı ölkələrin hərbçilərinin qatılımı ilə hazırlıq təlimləri keçirilir.
AZERİ DEFENCE yarışmadan və təlimdə iştirakdan fotoları təqdim edir.



