Müdafiə
Azərbaycanda 935 Böyük Vətən Müharibəsi veteranı qalıb

Azərbaycanda hazırda Böyük Vətən Müharibəsində bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranlarının sayı məlum olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələr, Əmək və Müharibə Veteranları Təşkilatından “AzeriDefence”yə verilən məlumata görə, hazırda yaşayan müharibə veteranları 935 nəfərdir.
Bununla yanaşı, arxa cəbhələrdə çalışmış 1534 veteranı var.
Qeyd edək ki, 1941-1945-ci illərdə 640 min nəfərdən artıq azərbaycanlı Sovet Ordusu sıralarında döyülərdə iştirak edib, onlardan 400 min nəfərdən çoxu cəbhədə həlak olub.



