Azərbaycanda ilk minatəmizləmə qadın komandasına təlimlər keçirilir

Azərbaycanda ilk minatəmizləmə qadın komandasına təlimlər keçirilir

Azərbaycanda ilk minatəmizləmə qadın komandası formalaşıb və onların təlimləri keçirilir.

Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov POLİQON jurnalına müsahibəsində deyib.

Sədrin sözlərin görə, bu proqram “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində artıq başlayıb.

“Qarşıdakı müddət ərzində həmin təlimlər bitdikdən sonra, imtahanlardan uğurlu nəticələr əldə edən qadınlar Azərbaycanda həyata keçirilən minatəmizləmə işlərinə cəlb olunacaqlar. Sözügədən işlər Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir. Həmin proqram çərçivəsində ilk dəfə olaraq Azərbaycanda mina təmizləyən siçovullardan istifadə ediləcək. Onlar da artıq Azərbaycandadır və təlimlərə cəlb ediliblər. Yaxın gələcəkdə həm qadın mina təmizləmə komandasını, həm də bu proqramın qalan hissəsini iş prosesində görəcəyik”, – deyə Vüqar Süleymanov vurğulayıb.

Poliqon.az

CATEGORIES