IDEF-2023: ASELSAN yeni elektron müharibə və yerüstü döyüş robotlarını təqdim edib

IDEF-2023: ASELSAN yeni elektron müharibə və yerüstü döyüş robotlarını təqdim edib

ASELSAN şirkəti Türkiyədə keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2023) yeni elektron müharibə (EW) və yerüstü döyüş robotlarını təqdim edib.

“Poliqon” xəbər verir ki, şirkət IDEF-2023-də ilk dəfə olaraq EJDERHA və SÖKMEN EW sistemlərini, eləcə də ERTUNGA və TUNGA yerüstü döyüş robotlarını sərgiləyib.

Təqdimatı keçirlən yeni məhsullarla bağlı fikirlərini bölüşən ASELSAN-ın baş direktoru Ahmet Akyol, Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış dörd yeni sistemi təqdim etməkdən qürur duyduqlarını bildirib: “Daha innovativ olduğunu düşündüyümüz elektromaqnit siqnallar ilə bir sıra hədəfləri zərərsizləşdirə bilən EJDERHA sistemimizi ilk dəfə istifadəçilərimizə təqdim etdik. Bu günə qədər daha ənənəvi üsullarla qarşı tədbir kimi inkişaf etdirdiyimiz bu fəaliyyət sahəsini daha müasir və innovativ texnologiya ilə bir araya gətirdik. Həm baza ərazilərimizin qorunmasında, həm də konvoy fəaliyyətləri zamanı yerinə yetirdiyimiz yerdəyişmələrdə partlayıcı maddələrə qarşı innovativ üsulla texnologiya inkişaf etdirdik. Əminəm ki, bu sistem Türkiyə təhlükəsizlik qüvvələrinə əhəmiyyətli dərəcədə multiplikativ təsir göstərəcək”.

SÖKMEN haqqında danışan ASELSAN-ın baş direktoru vurğulayıb ki, bu sistem elektron müharibə sahəsində iddialı məhsuldur və tezliklə inventara daxil ediləcək. SÖKMEN-in hazırlanmasında süni intellekt üsullarından istifadə edilib. Yenilikçi texnologiyalarla yüksək dəqiqlik səviyyələrində istifadə oluna biləcək sistemdir. Beləliklə, Türkiyə Silahlı Qüvvələri effektiv qabiliyyətə sahib olacaq.

“Bir tərəfdən də güc tərəfini şaxələndiririk. TUNGA və ERTUNGA sistemimiz var. Bizim yol xəritəmiz var. Bu yol xəritəsini Silahlı Qüvvələrimizin ehtiyacları çərçivəsində yaratmışıq. Silahlı Qüvvələrimizin insan yükünü həqiqətən öz üzərinə götürəcək məhsul ailəsinə yönəlmişik. Bu sistemləri qarşıdakı dövrdə PUA və insansız dəniz platformalarımızla əməliyyatlar yerinə yetirən konseptdə görəcəksiniz. Şəbəkə dəstəkli quruluş ilə birlikdə kəşfiyyat və taktiki PUA-larımızla əməliyyatlar apardığını görəcəksiniz. İnsansız sistemlər və oyunu dəyişdirən texnologiyalar sahəsində dünyadakı həmkarlarımızla rəqabət aparırıq”, – deyə Ahmet Akyol qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS