Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri artırılır
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
“Poliqon” xəbər verir ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8 396 297 596 manat olacağı öz əksini tapıb.
Qanun layihəsində xərclərin istiqamətləri aşağıdakı kimidir:
– müdafiə qüvvələri – 2 665 277 196;
– milli təhlükəsizlik – 467 917 873;
– sərhəd xidməti – 540 314 143;
– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711;
– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673.
Qanun layihəsinə əsasən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 4 580 000 000 manat təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421 milyon manatdan 7 milyard 126,35 milyon manata qədər artırılmışdır.
Qanun layihəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Qanun layihəsi