Xəbərlər
Azərbaycanın gələn il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb

Azərbaycanın gələn ilki müdafiə və təhlükəsizlik xərcləri üçün 5,3 milyard vəsaitin ayırlması nəzərdə tutulub.
“Poliqon” xəbər verir ki, bununla bağlı oktyabrın 24-də Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üçün 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.




