Azərbaycanın hərbi nümayəndəsi Pakistanda SHAHPAR-II PUA-nın sınaqlarını izləyib – VİDEO

Azərbaycanın hərbi nümayəndəsi Pakistanda SHAHPAR-II PUA-nın sınaqlarını izləyib – VİDEO

Pakistanın “Global Industrial & Defense Solutions” (GIDS) şirkəti tərəfindən inkişaf etdirilən SHAHPAR-II pilotsuz uçuş aparatının (PUA) Block II versiyasının sınaqları keçirilib.

“Poliqon” “Global Defense Insight”a istinadən xəbər verir ki, PUA-nın keçirilən uçuş və atış sınaqları Pakistan rəsmiləri ilə yanaşı, Azərbaycan, Səudiyyə Ərəbistanı, Nigeriya, İraq, İordaniya və digər ölkələrin hərbi nümayəndələri tərəfindən izlənilib.

GIDS şirkətinin hazırladığı SHAHPAR-II Block II, MALE (orta hündürlük və uzaq məsafə) sinifinə aid olan pilotsuz uçuş aparatıdır. O, həm kəşfiyyat-müşahidə, həm də hücum missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. Bu səbəbdən PUA müştərilərə iki versiyada (kəşfiyyat-müşahidə, silahlı) təqdim olunur.

Kəşfiyyat-müşahidə əməliyyatları üçün nəzərdə tutulan SHAHPAR-II Block II-nin hava qalma müddəti 20 saat və xidmət tavanı 7 km, silahlı versiyanın isə havada qalma müddəti 12 saat və xidmət tavanı 6.4 km-dir. Hər iki versiyada PUA-nın maksimum uçuş sürəti 220 km/saat və məlumat bağlantı aralığı 300 km (SATCOM olduqda 1500 km) təşkil edir.

SHAHPAR-II Block II PUA-nın silahlı versiyası bir qanadının altında 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd “hava-yer” təyinatlı raket və bomba daşımaq qabiliyyətinə malikdir.

CATEGORIES
TAGS