
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci SAHA 2026 Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində mayın 5-də bir sıra görüşlər keçirib.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Nazir Vüqar Mustafayev Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidze, İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Giacinto Ottaviani, Özbəkistan Müdafiə Sənayesi Agentliyinin birinci müavini Aziz İqamnazarov İşmuradoviç, Yaponiya Müdafiə Avadanlıqları Əməkdaşlıq idarəsinin müşaviri Hideki Fukava və ABŞ-nin “Jones Group” şirkətinin Avropa filialı üzrə əməliyyatlar direktoru Filip Stevart ilə görüşüb.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti ətraflı təhlil olunub, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







