
Azərbacan Ordusunun NATO ilə ortaq əməliyyatlar üçün bəyan etdiyi qüvvələrin növbəti qiymətləndirməsi keçiriləcək.
“AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK/OCC) üçün bəyan etdiyi Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin helikopter cütlüyünün oktyabr ayında özünü qiymətləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulur.
Oktyabr ayında Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi ilə yanaşı 23-27 oktyabr tarixlərində Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçiriləcək.
Qeyd edək ki, 2004-cü ilin aprel ayında Azərbaycan NATO-nun ƏİK proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı ƏİK bölüyü və 2010-cu ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin ƏİK Taboru və 2015-ci ildə ƏİK Kəşfiyyat bölüyü, 2 ədəd Mi-17 helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu bəyan edilib.



