Azərbaycanın üzləşdiyi mina probleminə dair Lüksemburq, Belçika Krallığı və İsveçrədə görüşlər keçirilir

Azərbaycanın üzləşdiyi mina probleminə dair Lüksemburq, Belçika Krallığı və İsveçrədə görüşlər keçirilir

2022-ci il 20-22 iyun tarixlərində Lüksemburq, Belçika Krallığı və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər keçirilir.

Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər, ANAMA, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Belçika Krallığı və İsveçrədə bir neçə beynəlxalq qurumlarla təşkil olunan görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və donorlara çağırış edilməsidir.

Məlumdur ki, mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına ciddi təhdid və maneədir. Bu istiqamətdə görülən birgə səylər və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində beynəlxalq dəstəyin göstərilməsiAzərbaycanda mövcud mina probleminin humanitar fəsadlarının və bu problemin regionda dayanıqlı sülhün bərqarar olmasına maneə yaratmasının aradan qaldırılması, həmçinin iqtisadi layihələrin reallaşdırılması və azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində fəaliyyətə öz müsbət töhfəsini verəcəkdir.

Poliqon.az

CATEGORIES
TAGS