SənayeXəbərlər

Azərbaycanla Qazaxıstan arasında müdafiə sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub

Aprelin 16-da Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

V.Mustafayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanla bu sahədə əlaqələrin genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər.

Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Back to top button