Xəbərlər

“Otokar” şirkəti zirehli maşın ixracını artırıb

Türkiyənin “Otokar” şirkəti 2021-ci ilin ilk 3 ayı üçün maliyyə nəticələrini açıqlayıb.

“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, pandemiyanın təsirlərinə baxmayaraq 2020-ci ildə vacib ixracat müqavilələri imzalayan “Otokar”ın ilk rübdə gəlirləri 91% artaraq 877 milyon Türk lirəsi (TL) təşkil edib.

Şirkət ilk rübdə ixracatını ötən ilin eyni dövrü ilə müqayisədə 69 milyon ABŞ dolları səviyyəsinə qaldıraraq 44 faiz artırıb, xails mənfəəti isə 107 milyon lirəyə yüksəlib.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, istehsal etdiyi məhsulları ilə 5 qitənin 65-dən çox ölkəsində fəaliyyət göstərən “Otokar” pandemiyanın təsirlərinə baxmayaraq qlobal marka olmaq hədəfi ilə işləməyə davam edir: “Pandemiya başladığı gündən bəri işçilərimizin sağlamlığını qorumaq, işimizin davamlılığını təmin etmək, epidemiyanın təsirini azaltmaq və yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük.

Bu çətin dövrdə daim iş ortaqlarımızın yanında olmağa və istifadəçilərimizlə əlaqələri davam etdirməyə laqeyd qalmadıq; bütün şərtlərə baxmayaraq yeni müqavilələr imzaladıq. Etibarlı istehsal tətbiqlərimiz və vaxtında görülən tədbirlər sayəsində istehsalatda ləngimələr yaşamadan, aldığımız sifarişlərin çatdırılmasına diqqət yetirdik. Bunların nəticəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə ilk rübdə 91 faiz artımla 877 milyon lirə gəlir əldə etdik. Xalis mənfəəti isə 107 milyon lirəyə yüksəltdik”.

Serdar Görgüc ilin ilk rübündə istehsal sayınıda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32% artırdıqlarını qeyd edib: “Ləğv edilən sərgilərə və səyahət maneələrinə baxmayaraq, hədəf bazarlarımızla ünsiyyət və əlaqələrimizi davam etdirdik. İstifadəçilərimizin ehtiyaclarını düzgün cavablayaraq xüsusi həllər təklif etməyə davam etdik. Nəqliyyat vasitələrimizdə tətbiq olunan yenilikçi həllər və yanaşmamız ilə ixracat uğurlarımıza yenilərini əlavə etdik və ilk rübdə ixracatımızı keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artıraraq 69 milyon ABŞ dollarına çatdırdıq”.

Elşən Abdulkərimov

Poliqon.az

Back to top button