“Azərkosmos” 11 milyon dollardan çox xidmət ixrac edib

“Azərkosmos” 11 milyon dollardan çox xidmət ixrac edib

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə 11.1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın avqust sayında öz əksini tapıb.

Bildirilib ki, “Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyul ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.4 milyon ABŞ dolları ilə Lüksemburq, 983.6 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ),  613.8 min ABŞ dolları ilə Almaniya və 472.9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

CATEGORIES