“Azərkosmos” dünyanın 45 ölkəsinə 3 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” dünyanın 45 ölkəsinə 3 milyon dollarlıq xidmət ixrac edib

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın mart sayında öz əksini tapıb.

Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2024-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-fevral ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 886.1 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 650.3 min ABŞ dolları ilə Lüksemburq, 219.1 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 139.1 min ABŞ dolları ilə Pakistan və 135.4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

CATEGORIES
TAGS