SərgilərSənayeXəbərlər

“Azərsilah” DSA-2026-da geniş məhsul portfeli ilə çıxış edir

Malayziyada keçirilən DSA-2026 sərgisində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC tərəfindən Azərbaycanın müdafiə sənayesində istehsal edilən geniş məhsul portfeli təqdim olunur.

“Poliqon” “Azərsilah”a istinadən xəbər verir ki, ekspozisiyada atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, kəşfiyyat vasitələri, döyüş sursatları, artilleriya döyüş sursatları və pilotsuz uçuş aparatları yer alır.

Sərgidə “Azərsilah”a məxsus 72 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur. Eyni zamanda, “Azərsilah”ın stendində Azərbaycanın “USH Group”, “Synapline”, “Q-STP”, “6L Systems” və “RD Smart” şirkətləri də öz məhsullarını sərgiləyirlər.

Bu təqdimat “Azərsilah”ın istehsal və inkişaf imkanlarını, həmçinin müasir döyüş tələblərinə uyğun məhsullarını nümayiş etdirir.

“Azərsilah”ın DSA-2026 sərgisində iştirakı beynəlxalq bazarda mövqeyin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının genişləndirilməsi və Azərbaycanın müdafiə sənayesi potensialının təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır.

Back to top button