Müdafiə
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hərbçiləri iyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursunda və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kursunda, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa) NATO-nun “MAREVAL” kursunda zabit-təlimatçı qismində, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya) Vyana-11 sənədi üzrə beynəlxalq kursda, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursunda iştirak edəcəklər.



