Azərbaycan müdafiə sənayesində yeni layihələrə start verir

Nazir planları açıqladıAzərbaycan bu il müdafiə sənayesində bir sıra mühüm layihələri reallaşdırmağı planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycanın hərbi sənaye kompleksi hazırda 665 adda məhsul istehsal edir. İlin sonuna qədər bu say 700-ə çatdırılacaq.

“Bizim bir neçə layihəmiz var. Bura 85 mm-dən 125 mm-dək sursatların, həmçinin tanklar və helikopterlər üçün döyüş sursatlarının istehsalının yaradılması daxildir”, – deyə nazir Y. Camalov vurğulayıb.

Y. Camalov ilin sonuna qədər Müdafiə Nazirliyinə 60 ədəd pilotsuz uçuş aparatının təhvil veriləcəyini də söyləyib.

KATEQORIYA: