Azərbaycan silahları “Eurosatory-2012”də sərgilənəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Fransada keçirilən, dünyanın ən böyük hərbi və təhlükəsizlik texnologiyaları sərgisi olan “Eurosatory-2012” beynəlxalq sərgisində iştirak etməyi planlaşdırır. AND-in məlumatına görə, iyunun 11-dən 15-dək Parisdə keçiriləcək sərgidə MSN geniş çeşiddə məhsullarını nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, indiyədək MSN istehsalı olan məhsullar Türkiyə, İordaniya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, CAR, Küveyt, Polşa və Rusiyada keçirilən hərbi sərgilərdə nümayiş etdirilib.

Qeyd edək ki, MSN 2009-cu ildən başlayaraq xaricdə keçirilən hərbi sərgilərə qatılmağa başlayıb.

CATEGORIES