Azərbaycan Türkiyədən daha bir dəst AFOS almaq niyyətindədir – EKSKLÜZİV

Azərbaycanın hərbi qurumlarından biri Türkiyənin HAVELSAN şirkəti ilə Artilleriya Atış Simulyatorunun (AFOS) alınmasına dair müzakirələr aparır.Bu barədə “AzeriDefence”nin əməkdaşına eksklüziv HAVELSAN şirkətindən məlumat verilib.

Qazaxıstanda mayın 3-dən 6-dək davam etmiş KADEX-2012 sərgisinə qatılan HAVELSAN şirkətinin əməkdaşlarının sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yardımı çərçivəsində bir dəst AFOS hazırlanaraq ötən il Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib. Şirkətin nümayəndələri Bakıda həmin simulyatoru quraraq istifadəçi heyətə təlimlər keçib.

Hazırda Azərbaycandan daha bir sifarişin olduğunu deyən şirkət rəsmilərinin sözlərinə görə, bu HAVELSAN təlim və tədris sistemlərinin daha müasir və asan qəbul olunmasını göstərir.

AOFS-la yanaşı, hazırda HAVELSAN digər məhsullarını – gəmi döyüş idarəetmə sistemi, elektronik radar və s. bağlı da Azərbaycanla müzakirələri davam etdirməkdədir.

Qeyd edək ki, hazırda AFOS Türkiyə, Pakistan, Gürcüstan və Türkmənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

CATEGORIES