Sənaye
Azərbaycan və Rusiya arasında hərbi texniki əməkdaşlıq müzakirə olunub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Aleksandr Fomini və “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Anatoli İsaykini qəbul edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



