Azərbaycanda və Ukrayna arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Salamatin Dmitri Albertoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə MSN-in mətbuat xidmətinin sərgi barədə yaydığı press-relizdə bildirilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Nümayəndə heyətinin başçısı səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Mişenko Aleksandr Pavloviç iştirak edib.

KATEQORIYA: