
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi snayper tüfəngləri üçün xüsusi patronların istehsalına hazırlaşır. “AzeriDefence”nin məlumatına görə İDEF -2015 sərgisində MSN müəssisələrində yaradılmaqda olan snayper tüfəngi üçün patronların nümunələri nümayiş olunub.
Nazirlik mütəxəssislərinin sözlərinə görə, hazırda 9×39 mm çaplı patronların nümunələri yaradılır. Növbəti mərhələdə digər çaplı snayper patronlarının da yaradılması nəzərdə tutulur.




