Azərbaycanın hərbi qurumlarına yerli istehsal olan atış simulyatorları

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın bir sıra qurumlarından atış simulyatorlarının çatdırılmasına dair sifarişlər alıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə MAKA-nın baş direktoru Alçın Şirinzadə məlumat verib.

Simulyatorların MAKA-nın müəssisəsində hazırlandığını deyən A. Şirinzadənin sözlərinə görə, bu texnologiyalar təlim xərclərini azaltmaqla yanaşı, sonradan atışları təhlil etməyə imkan verir.

A. Şirinzadə müasir standartların tələblərinə cavab verən bu təlim vasitələrinin müxtəlif dövlət qurumlarına təqdim etdikləri də vurğulayıb. Artıq simulyatorların alınması üçün Agentliyə Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyindən sifarişlər daxil olub.

CATEGORIES