AzTU-da müdafiə sənayesi sahəsi üzrə yeni kafedralar yaradılıb

AzTU-da müdafiə sənayesi sahəsi üzrə yeni kafedralar yaradılıb

Noyabrın 27-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Bu barədə Azeri Defence saytına AzTU-nun mətbuat xidmətindən məlumat verilib.

Rektor Vilayət Vəliyev bildirib ki, AzTU ölkədə müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olduğu üçün müasir dövrün tələblərini nəzərə alaraq Xüsusi texnika və texnologiya fakültəsinin strukturunda dəyişiklik etməyi qərara alıb.

Bu məqsədlə Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində “Xüsusi təyinatlı materiallar və vasitələr” və “Radioelektron və aerokosmik vasitələr” kafedralarının yaradılması ilə bağlı qərar qəbul edilib.

İclasda Abşeron Logistika Mərkəzinin nəzdində yaradılan AzTU-nun Logistika Tədqiqat, Tədris və Məsləhət Mərkəzinin əsasnaməsi də təsdiq olunub.

CATEGORIES
TAGS