AzTU-da nanopeykin işlək modeli hazırlanıb

AzTU-da nanopeykin işlək modeli hazırlanıb

Azərbaycan Texniki Universitetində (AzTU) hazırlanan “CUBESAT” nanopeykinin prototipinin təqdimatı keçirilib.

AzTU-nun Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, təqdimatda “Azərkosmos”, Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi və Milli Müdafiə Universitetinin nümayəndələri iştirak edib.

Layihənin rəhbəri, AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov layihənin ərsəyə gəlməsi ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, bu layihə Azərbaycanda bir ilk hesab olunur və nanopeykin işlək modelidir. Aşağı yer orbitində yerləşən peyklərin yaradılmasında bu layihənin böyük rolu olacaq. Nanopeykin hazırlanmasında AzTU tərəfindən patentləşdirilmiş ilk 3D optik kommutator istifadə olunub.

Daha sonra AzTU-nun bu layihə üzrə tədqiqat aparan doktorantı, layihənin əsas icraçılarından olan Nadir Atayev prototipin detalları haqqında geniş məlumat verib.

CATEGORIES