Xəbərlər
“BAE Systems” 500-dən çox F-35-ə REM sistemləri quraşdıracaq
Böyük Britaniyanın “BAE Systems” şirkəti ilə Amerikanın “Lockheed Martin” şirkəti arasında müqavilə imzalanıb.
Azeri Defence saytının məlumatına görə, bu bardə “BAE Systems” şirkəti məlumat yayıb.
Müqaviləyə əsasən “Lockheed Martin” şirkətinin istehsalı olan F-35 “Lightning II” döyüş təyyarələri “BAE Systems” tərəfindən radioelektron mübarizə sistemi ilə təchiz ediləcək.
Müqavilə çərçivəsində “BAE Systems” şirkətinin mütəxəssislərinin istehsal edəcəyi radioelektron mübarizə sistemləri 500-dən çox 5-ci nəsil F-35 “Lightning II” döyüş təyyarəsinə inteqrasiya ediləcək.




