“BAE Systems” ABŞ-a tırtıllı nəqliyyat vasitələri tədarük edəcək

“BAE Systems” ABŞ-a tırtıllı nəqliyyat vasitələri tədarük edəcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ-ın CATV (Cold Weather All-Terrain) proqramı çərçivəsində başlatdığı tenderin qalibi olub.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, proqram çərçivəsində şirkət ABŞ Ordusuna “Beowulf” tırtıllı nəqliyyat vasitələri tədarük edəcək.

ABŞ və Böyük Britaniya arasında imzalanan dəyəri 278 milyon ABŞ dolları olan müqavilədə, nəqliyyat vasitəsinin ehtiyyat hissə, texniki və logistika xidmət dəstəyinin göstərilməsi də yer alıb.

BvS10 “Beowulf” personala əlverişsiz, çətin keçilən ərazi şəraitlərində 7/24 istifadə imkanı verir. Nəqliyyat vasitəsi 14 personal, 8000 kiloqram yükü daşımaq və 65 km/saat sürətlə hərəkət qabiliyyətinə malikdir. Xüsusi ilə texnika bataqlıq və qarlı ərazilərdə istifadəçiyə effektiv hərəkət imkanı təmin edir.

Qeyd edək ki, “Beowulf” Bv206, Bv206S və BvS10 tırtıllı nəqliyyat vasitələrinin üstün xüsusiyyətlərinin bir araya gətirilməsi nəticəsində hazırlanıb.

Poliqon.az

CATEGORIES
TAGS